Hacıqabulda yol qəzasında 6 nəfər xəsarət alıb. Bu barədə İnsanoid bu gün, 15 avqust tarixində məlumat verir.
Hadisə rayonun Udulu kəndi ərazisində baş verib.
“Mercedes” markalı avtomobillə “VAZ-2106” markalı avtomobil toqquşub. Nəticədə 6 nəfər rayon sakini müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Yaralıların orta ağır və yüngül xəsarətlər aldığı bildirilir. Bəzilərinə ambulator yardım göstərilib, bəziləri isə palatalara yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.