Hacıqabulda motosikletçi yol qəzasında ölüb. Bu barədə İnsanoid bu gün, 17 avqust tarixində APA-ya istinadən xəbər verir.
Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Pirsaat kəndi ərazisindən keçən hissəsində baş verib.
Motosikletçi idarəetməni itirərək "KamAZ" markalı yük avtomobilinə çarpılıb.
Qəza nəticəsində motosikletin sürücüsü, 24 yaşlı Hacıqabul sakini Fərid Məmmədzadə hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.