Hacıqabulda mikroavtobus iki piyadanı vuraraq öldürüb. Bu barədə İnsanoid bu gün, 25 avqust tarixində APA-ya istinadən xəbər verir.
Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Muğan kəndi ərazisindən keçən hissəsində baş verib.
“Mercedes Vito” markalı mikroavtobus yolu keçən 2 piyadanı vurub.
Onlardan biri - 27 yaşlı Muğan sakini Murad İbadov hadisə yerində həyatını itirib, onun həmkəndlisi, 26 yaşlı Kənan Rzaquliyev isə xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.