Hacıqabulda sakin iş yerində günvurmadan ölüb. Bu barədə İnsanoid bu gün, 11 avqust tarixində APA-ya istinadən məlumat verir.
Hadisə rayonun Meyniman kəndində baş verib.
Rayonun Talış kənd sakini fermalardan birində işləyərkən günvurmadan iş yerində ölüb. Meyit Şirvan morqunda müayinə edilib.
Ötən gün Hacıqabulda daha bir günvurma hadisəsi baş verib. Şəhər sakini yaşadığı evin həyətində günvurmadan həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.