Hacıqabulda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb. Bu barədə Report 19 oktyabr tarixində xəbər verir.
Hadisə Bakı-Qazax magistralının rayonun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı avtomobil digər avtomobillə toqquşub. Qəza nəticəsində Hacıqabul rayon sakinləri - 31 yaşlı Samir Məmmədzadə, 34 yaşlı Sahil Zülfüqarov və 27 yaşlı Salyan rayon sakini Ağaqardaş Dadaşov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.