Azərbaycan paracüdoçuları İBSA Dünya Oyunlarında 3 medal qazanıblar. Bu barədə İnsanoid bu gün, 25 avqust tarixində Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.
Birləşmiş Krallığın Birmingem şəhərində keçirilən oyunlarda Azərbaycan yığması 2 gümüş, 1 bürünc mükafat əldə edib.
Kişilərin mübarizəsində İlham Zəkiyev (+90 kq, J1), qadınlarda isə Xanım Hüseynova (70 kq, J2) ikinci yeri tutublar. Digər qadın cüdoçu Şəhanə Hacıyeva (48 kq, J2) isə bürünc medal qazanıb.