III Avropa Oyunlarının onuncu günündən sonra Azərbaycanın aktivindəki medalların sayı dəyişməyib. İnsanoid bu barədə 30 iyun tarixində xəbər verir.
Ölkə 2 qızıl, 1 gümüş və 5 bürünc medalla ümumi sıralamada 24-cü pillədəki yerini qoruyub. İlk “üçlük”də isə növbəti dəfə dəyişiklik olub. Medal sayına görə sıralamaya əvvəlki kimi İtaliya (22 qızıl, 22 gümüş, 27 bürünc) başçılıq edir. İspaniya (19 qızıl, 13 gümüş, 15 bürünc) isə yenidən Ukraynanı (19 qızıl, 10 gümüş, 7 bürünc) qabaqlayaraq 2-ci yerə yüksəlib.
Qeyd edək ki, birincilik Polşada keçirilir.