İldırım vurması nəticəsində həlak olan Dövlət Sərhəd Xidmətinin (DSX) iki hərbi qulluqçusu - mayor Baxış Baxışlı və əsgər Əli Nağıyevin dəfn yerləri müəyyənləşib. Bu barədə İnsanoid Qafqazinfo-ya istinadən bu gün, 10 iyun tarixində məlumat verir.
Mayor Baxış Baxışlı Tərtər rayonunda, əsgər Əli Nağıyev isə Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Mayor Baxış Baxışlı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun qohumudur.
O, əslən Tərtər rayonundandır. Atası da Tərtər Rayon İcra Hakimiyyətinin məsləhətçisidir. Mərhum mayor nişanlı imiş.
Ötən gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində həlak olublar.