Azərbaycan Prezidenti Efiopiya və Hindistana səfirlər təyin edib. Bu barədə İnsanoid Prezidentin Mətbuat Xidmətinə istinadən bu gün, 10 oktyabr tarixində xəbər verir.
Prezident İlham Əliyev bununla bağlı Sərəncamlar imzalayıb.
Sərəncamla Ruslan Rafael oğlu Nəsibov Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında, Elçin Nəriman oğlu Hüseynli Azərbaycanın Hindistanda fövqəladə və səlahiyyətli səfirləri təyin ediliblər.