İmişlidə qanunsuz ağac kəsməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə 5 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Rayonun Məmmədli kəndi ərazisində qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən Əliyetməzli kənd sakini Ə.Mehdiyev saxlanılıb. Polis kəsilmiş ağacları maddi sübut kimi götürüb.
Mehdiyev barəsində protokol tərtib olunub və o, qanunvericiliyə uyğun olaraq, məsuliyyətə cəlb olunub.