top
İrandan Azərbaycana 93 kiloqram narkotik gətirən daha bir nəfər saxlanılıb
08 iyul 2023, 02:04
- ↺ +

İrandan Azərbaycana 93 kiloqram narkotik gətirən daha bir nəfər saxlanılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İrandan Azərbaycana 93 kiloqram narkotik gətirən daha bir nəfər saxlanılıb. Bu barədə 8 iyul tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.

Bildirilib ki, xaricdə, xüsusən İranda yaşayan narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əsas şəxslər narkotik vasitələri keçilməsi çətin olan dağlıq ərazilər və dəniz vasitəsilə qaçaqmalçılıq yolu ilə Azərbaycana, buradan da digər ölkələrə göndərməyə çalışırlar.

Belə ki, Sabunçu rayonunda baş tutan tədbir nəticəsində Masallı rayon sakini Rafiq Ağayev narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün saxlanılıb. Onun avtomobilinə və üzərinə baxış zamanı 93 kiloqram, o cümlədən 74 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 11 kiloqram tiryək, 8 kiloqram metamfetamin və 30 ədəd narkotik tərkibli həb aşkar edilib.

Qeyd olunub ki, Rafiq Ağayevdən aşkar edilən narkotik vasitə kütlələri ölkəyə dəniz yolu ilə gətirildiyi üçün xüsusi plastik çəlləklərdə qablaşdırılıb.

Saxlanılan şəxs narkotik vasitələri İran vətəndaşı, şəxsiyyəti istintaqla araşdırılan “Kazım” adlı tanışının vasitəsilə Sabunçu rayonunda gizlədilən yerdən maddi gəlir əldə etmək məqsədi ilə götürdüyünü bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, Rafiq Ağayev barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Xarici xəbərlər
Bu gün, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Bu gün, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Bu gün, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Bu gün, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Bu gün, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Bu gün, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Bu gün, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Bu gün, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Bu gün, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Bu gün, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Bu gün, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Bu gün, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Bu gün, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Bu gün, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Bu gün, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Bu gün, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
Dünən, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
Dünən, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Yerli xəbərlər
Dünən, 16:59

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Yerli xəbərlər
Dünən, 16:53

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Xarici xəbərlər
Dünən, 16:26

Daşkənddə anadan olan Sergio Qor Marko Rubionun yerinə ABŞ-nin dövlət katibi təyin oluna bilər

Yerli xəbərlər
Dünən, 16:19

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Yerli xəbərlər
Dünən, 16:15

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB

Oxşar xəbərlər