Bakıda 88 min manatlıq dələduzluq edən şəxsə hökm oxunub. Nicat Əlizadəyə şərti cəza verilib. Bu barədə aprelin 6-da Report məlumat yayıb.
Hökmə əsasən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılıb.
İttihama görə, təqsirləndirilən şəxs “Asena” MMC-nin müdirinin 88 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Belə ki, N.Əlizadə həmin şirkətin vergi borcunu informasiya texnologiyaları yolu ilə təsdiqləyəcəyinə dair rəhbərə yalan vəd verərək onu inandırıb.
N.Əlizadə məhkəmədəki ifadəsində zərərçəkmişin 41 min manatını artıq ödədiyini, qalanını isə yaxın vaxtlarda ödəyəcəyini bildirib.