İsmayıllı rayonunun Hacıhətəmli kəndində yerləşən fermadan 65 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Bu barədə 7 avqust tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən, həmin fermada çoban işləyən Asif Abdullayev saxlanılıb.
O, ifadəsində oğurladığı qoyunları 6 500 manata satdığını və əldə etdiyi pulları Bakı şəhərində əyləncəyə xərclədiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.