İsraildə HƏMAS-nin hücumları nəticəsində 1 Azərbaycan vətəndaşı həlak olub. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 11 oktyabr tarixində xəbər verir.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, həlak olanlar arasında Azərbaycandan İsrailə köçmüş yəhudiəsilli 3 şəxs də var.
A.Hacızadənin sözlərinə görə, Azərbaycanın İsraildəki səfirliyi təhlükəsizlik qaydalarına riayət etməklə işini davam etdirir.