Azərbaycanlı İsrail zabiti HƏMAS-yə qarşı döyüşərkən həlak olub. Bu barədə İnsanoid sosial şəbəkələrə isitinadən bu gün, 9 oktyabr tarixində xəbər verir.
İsrail ordusunun zabiti, 36 yaşlı azərbaycanlı Emin Axundov Qəzza zolağı ilə sərhəd yaxınlığında Beeri döyüşündə həlak olub. Mərhumun həyat yoldaşı və iki övladı qalıb.
Dəfn mərasimi dünən Beerşebadakı hərbi qəbiristanlıqda keçirilib.
Azərbaycan mediasında döyüşlərdə həlak olan azərbaycanlı İsrail zabiti Emin Axundovun dəfnindən fotolar dərc edilib.