HƏMAS-nin hücumları nəticəsində İsraildə ölən və itkin düşən xarici ölkə vətəndaşlarının siyahısı açıqlanıb. Bu barədə 20 oktyabr tarixində Report xarici KİV-yə istinadən məlumat yayıb.
Oktyabrın 20-də dərc olunan siyahıda bildirilib:
ABŞ 32 ölü, 8 itkin,
Ukrayna 24 ölü, 3 itkin,
Fransa 22 ölü, 4 itkin,
Rusiya 21 ölü, 7 itkin,
Argentina 19 ölü, 7 itkin,
Tailand 15 ölü, 10 itkin,
Almaniya 12 ölü, 7 itkin,
Böyük Britaniya 12 ölü, 3 itkin.
Siyahıda İsraildə ölən xarici ölkə vətəndaşları siyahısında daha 28 ölkənin, o cümlədən Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Çin və Macarıstanın da adları var.