İsveç Kralı XVI Qustav Azərbaycan səfiri Zaur Əhmədovu qəbul edib. Bu barədə 16 oktyabr tarixində APA diplomata istinadən məlumat verib.
"Əlahəzrət Kral və ülyahəzrət Kraliça, əlahəzrət vəliəhd şahzadə tərəfindən Kral Sarayında qəbul olunmaq şərəfinə nail oldum", - diplomat qeyd edib.
Səfir bildirib ki, görüş zamanı o, inkişaf etməkdə olan Azərbaycan-İsveç münasibətləri haqqında qarşı tərəfi məlumatlandırıb.