Cəlilabadda itkin düşən qız Tovuz rayonunda tapılıb. Bu barədə APA 25 may tarixində xəbər verir.
Rayonun 18 yaşlı Alar kənd sakini Nahidə Zeynalova mayın 17-də yaşadığı evdən çıxaraq, naməlum istiqamətə gedib.
Bununla bağlı polisə müraciət daxil olub.
Cəlilabad polisi onun Tovuz rayonunda olduğunu müəyyən edib. O, ailə qurmaq məqsədilə könüllü şəkildə getdiyini bildirib.