İmişlidə ölümlə nəticələnən qəza olub. Bu barədə 5 fevral tarixində Report.az-a istinadən xəbər veririk.
Hadisə dünən axşam Ə.M. Həmidov küçəsində qeydə alınıb. Eyvaz Ataşov idarə etdiyi "KamAZ" markalı yük maşını ilə yolu keçən 71 yaşlı Otuziki kənd sakini Nazim Əhədovu vurub. Piyada yerindəcə keçinib.
Araşdırma aparılır.