Azərbaycanın FIFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb. Bu barədə 3 noyabr tarixində İnsanoid məlumat verib.
35 yaşlı hakim Danimarkada yerli "Kopenhagen" və Almaniyanın "Borussiya" (Dortmund) komandaları arasında keçirilən VI tur matçını idarə edib.
Hakimimizin Çempionlar Liqasının qrup mərhələsinin oyununu idarə etməsi ölkəmizin futbol tarixində ilkdir. Komandalar matçı 1:1 hesabı ilə başa vurub. Əliyar Ağayev oyun ərzində hər tərəfə iki olmaqla ümumilikdə dörd sarı vərəqə göstərib.
Ona Zeynal Zeynalov və Akif Əmrəli yan xətt hakimləri qismində yardımçı olublar. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirib.