Kür çayının sahilində çətənə bitkisi yetişdirən Neftçala rayon sakini saxlanılıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 25 may tarixində xəbər verir.
Neftçala polisi Kür çayının rayonun Qaravəlli kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Fəttah Əhmədovu saxlayıb. Əraziyə keçirilən baxış zamanı xüsusi aqrotexniki qaydalarla qulluq edilərək yetişdirilmiş 35 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs həbs edilib.