Narkotik vasitələri istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən Lənkəran rayon sakini Faiq Hüseynov saxlanılıb. Bu barədə 17 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Həmin şəxsin üzərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin, metadon və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.