Dekabrın 22-də saat 22:15 radələrində 2008-ci il təvəllüdlü Lənkəran rayonu Osakücə kənd sakini "Kəskin respirator xəstəlik, hipertermiya, mədə-bağırsaq pozğunluğu" diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub. Bu barədə 23 dekabr tarixində APA TƏBİB-yə istinadən məlumat verib.
Məlumata görə, xəstəyə zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəstəyə qızdırma əleyhinə dərmanlar verildikdən sonra anafilaktik şok başlayıb. Xəstə anafilaktik şok diaqnozu ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Orada ölüm faktı qeydə alınıb.
Meyit məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Araşdırma aparılır.