Lənkəranda qızılca xəstəliyindən ilk ölüm halı qeydə alınıb. Bu barədə 18 dekabr tarixində Report məlumat verib.
Rayonun Şirinsu qəsəbə sakini - 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadədə bir həftə əvvəl yüksək hərarət müşahidə olunub. O, ev şəraitində müalicə alıb. Lakin ötən gündən uşaqda yenidən hərarət yaranıb. Təcili tibbi yardım xidmətinə müraciət olunub. Məlumata görə, ilk tibbi yardımdan sonra uşağın xəstəxanada müalicə olunmasının zəruriliyi valideynlərin diqqətinə çatdırılıb. Ailə üzvləri razılaşmayıblar.
Bir müddət sonra yenidən halı pisləşən azyaşlı yaxınları tərəfindən xəstəxanaya gətirilib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Ailənin 4 yaşlı digər övladı Yunus Elvin oğlu Abızadədə hərarət müşahidə olunduğundan Bakıdakı xəstəxanaların birinə göndərilib.