Lənkəran rayonunda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə Report 9 oktyabr tarixində xəbər verib.
Rayonun Gərmətük kəndi ərazisində "Mercedes" markalı, 10-TM-103 dövlət qeydiyyat nişanlı avtomobil 12 yaşlı məktəbli Süleyman Nəzərzadəni vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Şahidlərin bildirdiyinə görə, yeniyetmə mikroavtobusdan düşüb və yolu keçmək istəyib. Bu zaman işıqforun qırmızı işığında dayanmadan, yüksək sürətlə keçən "Mercedes" onu vurub.
Faktla bağlı araşdırma aparılır.