Yüksək gərginlikli elektrik xətləri altında balıq tutan Lənkəran sakinini cərəyan vurub. Bu barədə 20 oktyabr tarixində APA məlumat verib.
Hadisə Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb. 1996-cı il təvəllüdlü şəhər sakini Fərid adlı şəxs ərazidən keçən 11 metr hündürlükdə yüksək gərginlikli elektrik cərəyanının altında Girdəniçayda balıq tutmaq istəyib.
Bu zaman onu elektrik cərəyanı vurub və çaya düşüb. O, dünyasını dəyişib. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.