Lənkəranda güclü külək irigövdəli ağacı avtomobilin üzərinə aşırıb. Bu barədə APA 11 oktyabr tarixində xəbər verib.
Hadisə ötən gecə saat 21:00 radələrində köhnə Ələt-Astara magistralının 197-ci kilometrliyində, Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb.
Lənkəran sakini Yalçın Həsənova məxsus 42-CB-537 dövlət nömrə nişanlı, "KİA Sorento" markalı avtomobilə ciddi ziyan dəyib.
Qəzada xəsarət alan olmayıb.
Ağac yolun hərəkət istiqamətinə düşdüyündən gediş-gəlişi qısa müddətdə iflic edib.
Əraziyə Lənkəran DYP bölməsinin əməkdaşları cəlb olunublar. Tıxacın qarşısını almaq üçün ağac qırıntıları yoldan götürülüb. Magistral yolda avtomobillərin hərəkəti təmin edilib.
[caption id="attachment_134357" align="alignnone" width="696"]
Foto APA.az saytı[/caption]