Lerikdə nöqsanlar aşkarlanan ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Bu barədə İnsanoid bu gün, 29 iyul tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən (AQTA) məlumat verir.
Lerik rayonunun Nizami küçəsində daxil olan vətəndaş müraciəti əsasında Raqib Bağırova məxsus ictimai iaşə müəssisəsində plandankənar yoxlama aparılıb.
Müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu aşkarlanıb.
“Mətbəxdə qida məhsullarının hazırlanması və emalı üçün gigiyenik cəhətdən uyğun şəraitin olmadığı, döşəmə və divarların asan yuyula bilən materialla üzlənmədiyi, tullantı qablarının qapağının açıq şəkildə saxlanıldığı, qida məhsullarının hazırlanması üçün içməli su ilə təmin olunmadığı, temperatur rejiminə əməl edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, pəncərələrin qoruyucu torla təmin olunmadığı, həmçinin mütəmadi dezinfeksiya işlərinin aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi məlum olub”, - agentlikdən bildirilib.
Aşkar olunmuş nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
[gallery link="file" size="full" ids="123666,123668,123667"]