Bakı-Qazax magistralının 10-cu kilometrliyində, Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qəhrəmanov Kamran Oruc oğlunun idarə etdiyi avtomobil piyada qadını vurub. Bu barədə 6 dekabr tarixində Report məlumat verib.
Qəza nəticəsində piyada hadisə yerində ölüb. Qadının kimliyi məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb.