Dekabrın 20-də Qaraçuxur qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 4 880 manat dəyərində ət oğurlanıb. Bu barədə 23 dekabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Canlarov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.