Bakıda mağazadan və evdən 8 000 manatlıq oğurluq edilib. Bu barədə 12 may tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Bildirilib ki, ayrı-ayrı vaxtlarda Sabunçu rayon ərazisindəki bir mağazadan və bir evdən ümumilikdə 6 200 manat pul, 1 800 manat dəyərində geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Həvva Bəkirova müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.