Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun mükafatçıları müəyyənləşiblər. Bu barədə İnsanoid bu gün, 24 avqust tarixində Report-a istinadən xəbər verir.
Beşqat dünya çempionu olan norveçli Maqnus Karlsen finalda Hindistan təmsilçisi Rameşbabu Praqqnanandhaya qalib gəlib. O, tay-breykdə bir qələbə və bir heç-heçəyə nail olaraq, qızıl medal əldə edib.
M.Karlsen karyerasında ilk dəfə bu titula sahib çıxıb.
Nİcat Abasov isə bürünc medal uğrunda oyunda ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olaraq, Dünya Kubokunda 4-cü yeri tutub. F.Karuana tay-breykdəki hər iki oyunda qalib gələrək yarışın bürünc medalını qazanıb.