Bakıda məsciddə nəzir qutularından 13 min manat oğurlayan şəxs saxlanılıb. Bu barədə 10 avqust tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Bildirilib ki, paytaxtın Yasamal rayonunda yerləşən məscidlərdən birində müxtəlif vaxtlarda ianə qutularının oğurlanması barədə polisə məlumat daxil olub. Hadisələri törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Əli Novruzov saxlanılıb.
Araşdırmalarla onun oğurladığı ianə qutularının içərisində ümumilikdə 13 min manatdan artıq pul olduğu məlum olub.
Faktlarla bağlı saxlanılan şəxs barəsində toplanan materiallar Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
"Əli Novruzovun qanunsuz əməllərindən zərər çəkənlər Daxili İşlər Nazirliyinə müraciət edə bilərlər", - məlumatda qeyd olunub.