Mingəçevirdə aprelin 3-də kütləvi zəhərlənmə hadisəsi baş verib. Xəstəxanaya yerləşdirilən 16 nəfərdən 5-i azyaşlıdır. Bu haqda TƏBİB-dən Report-a bildirilib.
14 nəfər tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Digərlərin vəziyyəti stabildir.
Qeyd edilib ki, müraciətlər bir küçədə yaşayan ayrı-ayrı ailələr tərəfindən edilib. Hadisənin səbəbi araşdırılır.