Mingəçevir şəhərinin Aydın Məmmədov küçəsində qanunsuz ağac kəsilməsi faktı üzrə şəhər prokurorluğunda araşdırma aparılıb. Bu barədə 19 oktyabr tarixində Report məlumat verib.
Araşdırma zamanı məscidin həyətində 60 ədəd müxtəlif cinsli ağac, 9 ədəd fındıq kolunun kökündən çıxarılaraq məhv edilməsi nəticəsində təbiətə 16 min manatdan artıq ziyan vurulması müəyyən edilib.
Faktla bağlı “şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddələri ilə cinayət işi başlanıb.