Mingəçevirdə 16 yaşlı yeniyetmə döyülüb. İnsanoid bu haqda 5 fevral tarixində Unikal.az-a istinadən xəbər verir.
Hadisə "Dostluq" parkında baş verib. Yusif Bələmədli bir neçə nəfərin hücumuna məruz qalıb. O, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yeniyetmənin çənə sümüyü də ciddi zədələnib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı araşdırma aparılır. Əməli törədən şəxs və yaxud şəxslərin müəyyən edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.