Mingəçevirdən Goranboya gedən mikroavtobus aşıb. Bu barədə İnsanoid bu gün, 22 avqust tarixində Report-a istinadən xəbər verir.
Hadisə Goranboy rayonunun Zeyvə kəndi ərazisində qeydə alınıb.
Mikroavtobusun qarşısına anidən iki velosipedçi çıxıb. Sürücü hadisədən yayınmağa çalışanda mikroavtobus idarəetmədən çıxaraq yol kənarına aşıb.
Hadisə nəticəsində bir nəfər yüngül xəsarət alıb. Ona ambulator yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.