Sabah Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçiriləcək. Bu barədə Report 15 dekabr tarixində xəbər verib.
Dekabrın 16-da keçiriləcək toplantıda növbədənkənar prezident seçkiləri ilə əlaqədar bir sıra məsələlərə baxılacaq.
2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar prezident seçkiləri təyin edilib.
Dekabrın 15-də isə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.