Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib. Bu barədə noyabrın 7-də Daxili İşlər Nazirliyindən İnsanoid-ə məlumat verilib.
Belə ki, Ə.Qayıbov küçəsindən “Azəriqaz” İB-yə məxsus 2 000 manat dəyərində dəmir borular yoxa çıxıb.
Cinayəti törətməkdə şübhəli bilinən Masallı rayon sakini Zaur İmamquliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.