Naxçıvanda plastik məmulatlar istehsal edən “Naxplast” MMC adlı müəssisə istifadəyə verilib. Bu barədə 14 dekabr tarixində Report məlumat verib.
İllik istehsal gücü 1440 ton olan müəssisədə polietilen şirinq, masa örtüyü, müxtəlif polietilen torbalar kimi 15 çeşiddə məhsul istehsal olunacaq. Burada polietilen tullantıların təkrar istifadə edilməsi nəzərdə tutulub ki, bu da ekoloji təmizliyin qorunmasına imkan verəcək.
Hazırda müəssisədə 30 nəfər işlə təmin edilib.
Bu müəssisə sənaye sahəsində idxaldan asılılığın azaldılmasına və ölkənin ixrac potensialının artmasına töhfə verəcək, həmçinin yeni iş yerlərinin açılması üçün imkan yaradacaq.