Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclası keçiriləcək. Bu barədə Report 5 dekabr tarixində xəbər verib.
Dekabrın 8-də keçiriləcək iclasda “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirə olunması nəzərdə tutulur.
İclasda, həmçinin Ali Məclisin İqtisadi siyasət komitəsinin tərkibində dəyişiklik ediləcək.