Naxçıvanda qadın itkin düşüb. Bu barədə İnsanoid 12 avqust tarixində Lent.az-a istinadən xəbər verir.
Hadisə iyunun 27-də baş verib. Naxçıvan şəhərinin Şaxtaxtinski küçəsində yaşayan 25 yaşlı Qönçə Malahova yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Bununla bağlı onun 22 yaşlı həyat yoldaşı R. Bayramov polisə müraciətində bildirib.
Onun sözlərinə görə, Q. Malahova sonuncu dəfə Bakı şəhərinin Səbail rayonu ərazisində görünüb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsində araşdırma aparılır.