Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 11 iyun tarixində xəbər verir.
Naxçıvan şəhərinin Babək məhəlləsindən keçən magistral su xəttində qəza qeydə alınıb.
Qəzaya səbəb olaraq 355 mm-lik borunun sıradan çıxması göstərilir. Borunun partlaması nəticəsində Babək məhəlləsi, Əlincə məhəlləsi, 6-cı məhəllə və Hacıniyyət kəndinə suyun verilişi müvəqqəti olaraq dayandırılıb.
Hazırda Naxçıvan Su-Kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.