Bayram günlərində Naxçıvanda 8 nəfər zəhərlənib. Bu haqda bu gün, 3 yanvar tarixində İnsanoid Report-a istinadən xəbər verir.
Zəhərlənən 8 nəfərdən 4-ü bir ailədəndir. Qasımovlar ailəsinin salatdan zəhərləndikləri bildirilir.
Digərləri xiyar turşusu, qarışıq qida, istidə qalmış ət yeməyindən zəhərləniblər.
Xəstələrdən 2-nə stasionar, 6-na isə ilkin yardım edildikdən sonra ambulator müalicə təyin edilib. Hazırda zəhərlənənlərin hamısının vəziyyəti normaldır.