Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mühasibi, iki şöbə və bir sektor müdiri vəzifələrindən azad ediliblər.
Bu barədə İnsanoid 15 avqust tarixində Report-a istinadən xəbər verir.
Bununla bağlı muxtar respublikanın təhsil naziri Rəhman Məmmədov müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, nazirliyin şöbə müdirləri Abdulla Əsgərov və Vüsal Abdullayev, sektor müdiri Murad Babayev və mühasibi Sevindik Vəliyev vəzifələrindən azad olunublar.