Bu ilin doqquz ayı ərzində Naxçıvan Muxtar Respublikasında 56 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 24 nəfər həyatını itirib.
Bu barədə İnsanoid Naxçıvan Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinə istinadən bu gün, 29 noyabr tarixində xəbər verir.
İdarənin əməkdaşı, polis kapitanı Ayaz İsmayılovun sözlərinə görə, aparılan təbliğat işlərinə baxmayaraq, muxtar respublikada 9 ayda baş verən yol qəzaları nəticəsində 61 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.