Naxçıvanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Report 7 oktyabr tarixində xəbər verir.
Avtoqəza zamanı xəsarət alan 35 yaşlı Naxçıvan şəhər sakini Azər Süleymanov xəstəxanaya gətirilərkən yolda vəfat edib.
35 yaşlı Münəvvər Tarverdiyeva, 10 yaşlı Abbas Süleymanov və 2023-cü il təvəllüdlü Alisa Süleymanova müxtəlif bədən xəsarətləri alıblar.
Ana və qızının vəziyyəti orta ağır, oğlanın isə vəziyyəti ağırdır.