Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Xaçmazdan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 28 noyabr tarixində Report məlumat verib.
"Nissan X-Trail" markalı avtomobil yeni istifadəyə verilən ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində 1968-ci il təvəllüdlü Babayeva Təranə Ənvər qızı aldığı xəsarətlərdən hadisə yerində ölüb. Daha bir nəfər, 1964-cü il təvəllüdlü Babayev Xalis Abiddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.