Oğuzda iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb. Bu barədə İnsanoid bu gün, 26 avqust tarixində APA-ya istinadən xəbər verir.
Hadisə ötən gün Oğuz-Sincan-Xaçmaz avtomobil yolunun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İntiqam Nəbiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Rəvan Osmanovun idarə etdiyi “Opel” toqquşub. Nəticədə “VAZ-2107” markalı avtomobildəki sərnişin, 62 yaşlı Dəymədağlı kənd sakini Tofiq Hüseynov hadisə yerində ölüb. Sincan kənd sakinləri - 33 yaşlı İntiqam Nəbiyev, onun atası, 59 yaşlı İnqilab Nəbiyev və 66 yaşlı Şaid Mikayılov isə müxtəli dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
[playlist type="video" tracklist="false" ids="127171"]