top
“Ohanyan xətti”nin keçdiyi Tərtər - Ağdərə yolu minalardan təmizlənir - FOTO
15 dekabr 2023, 06:43
- ↺ +

“Ohanyan xətti”nin keçdiyi Tərtər - Ağdərə yolu minalardan təmizlənir - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri işğaldan azad edilmiş ərazilərdə minalardan və partlamamış döyüş sursatlarından təmizlənmə işləri aparır. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 15 dekabr tarixində xəbər verir.

Onların gördüyü işlərlə tanış olmaq üçün Müdafiə Nazirliyi Ağdərə rayonuna media-tur təşkil edib.

Media nümayəndələri əvvəlcə Ağdərə-Tərtər yolunun üzərində və ətrafında döyüş mövqeləri, mühəndis-istehkam qurğuları yerləşdirilmiş, minalar basdırılmış hissədə olublar.

Ermənilərin mifik obraza çevirdiyi “Ohanyan xətti”ndə düşmən tərəfindən yaradılan maneələr və mina əraziləri ilə tanışlıq baş tutub.

Antiterror tədbirlərinə qədər Tərtər - Ağdərə avtomobil yolunun üzərində və ətrafında Ermənistan silahlı bölmələrinin döyüş mövqeləri yerləşdirilib. Ərazidə tank əleyhinə xəndək və metal kirpilər, tikanlı məftillər, qarışıq tipli mina sahələri və döyüş mövqeləri bir-birini əvəz edir.

Daha sonra jurnalistlər minaaxtaran itlər və əllə minatəmizləmə işləri aparılan ərazidə olublar. Mühəndis Qoşunları Baş İdarəsinin rəisi general-mayor Anar Kərimov aparılan minatəmizləmə əməliyyatı barədə jurnalistlərə məlumat verib.

O bildirib ki, hazırda həm minaaxtaran itlərin vasitəsilə, həm əllə axtarışla istehkam bölməsinin mina sahəsində ərazinin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işi aparılır: “İşğaldan azad edilmiş ərazilərdə 2023-cü il ərzində mühəndis-istehkam bölmələri tərəfindən 6800 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 234 ədəd piyada əleyhinə, 706 ədəd tank əleyhinə mina və 1405 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib. Bundan başqa, 1730 metrədək yol qar örtüyündən təmizlənib, 13 660 metr yeni təminat yolları çəkilib. Minatəmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib. Qarabağ iqtisadi rayonunda aşkar olunmuş mina və partlamamış döyüş sursatları mərhələli şəkildə Ağdərə rayonunun “Gödəkburun” təlim sahəsi ərazisində partlatma və yandırma üsulları ilə məhv edilir”.

Həmçinin Anar Kərimov qeyd edib ki, ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycan Ordusu Türkiyədən “MEMATT” minatəmizləmə texnikaları da alıb.

Sonda media nümayəndələri mina və partlamamış döyüş sursatlarının məhv edilmə prosesini izləyiblər.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xarici xəbərlər
Dünən, 17:51

Xəstəxanada sirli hadisə: Mühafizəçi dünyasını dəyişmiş qadını müşayiət etdi

Yerli xəbərlər
Dünən, 16:31

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər

Yerli xəbərlər
Dünən, 16:25

Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yerli xəbərlər
Dünən, 16:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 16:03

Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib

Yerli xəbərlər
Dünən, 15:56

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Yerli xəbərlər
Dünən, 15:38

Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

Yerli xəbərlər
Dünən, 14:40

Cəlilabadda 6 kəndin işığı kəsilib

Xarici xəbərlər
Dünən, 13:36

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiçin tərəfdarlarının Moskvaya uçan təyyarəsi Litva üzərində geri döndərilərək Belqrada qaytarılıb

Xarici xəbərlər
Dünən, 13:26

Insanoid.com təhlil edir: ABŞ seçkilərində Demokratların qələbəsi Tramp üçün nə deməkdir?

Yerli xəbərlər
Dünən, 12:59

Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 11:49

"Sükan arxasında dəfələrlə yatıb": Sürücünün məsuliyyətsizliyi faciəyə səbəb oldu

Yerli xəbərlər
Dünən, 11:37

Boşanma mübahisəsindən istifadə edərək qadının mənzilini və avtomobilini ələ keçirdi – Ali Məhkəmədən qərar

Yerli xəbərlər
Dünən, 11:36

Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq

Yerli xəbərlər
Dünən, 11:30

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

Yerli xəbərlər
Dünən, 11:17

İpoteka və Kredit Zəmanət Fondu gələn il büdcədən 89 milyon manat alacaq

Yerli xəbərlər
Dünən, 11:14

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat olacaq

Yerli xəbərlər
Dünən, 10:25

Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi

Yerli xəbərlər
Dünən, 09:57

Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin! - Video

Yerli xəbərlər
Dünən, 09:47

Qırğızıstanda 21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb

Yerli xəbərlər
Dünən, 09:21

DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Yerli xəbərlər
03 noyabr 2026, 17:40

Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Cəmiyyət
03 noyabr 2026, 16:31

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Siyasət
03 noyabr 2026, 16:22

Azərbaycan və Şri-Lanka dövlət xidmətləri sahəsində memorandum imzalamağı planlaşdırır

Cəmiyyət
03 noyabr 2026, 16:19

Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib

Cəmiyyət
03 noyabr 2026, 16:12

Azərbaycan aeroportlarında VİP salondan istifadə hüququ olan vəzifəli şəxslərin siyahısı dəyişib

Cəmiyyət
03 noyabr 2026, 15:09

Londondan qalxan təyyarə partlayış təhlükəsinə görə Polşada təcili eniş edib

Oxşar xəbərlər